Kəlbəcərdə ağır qəza - Hərbçilər yaralandı

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info “oxu.az”a istinadən xəbər verir ki,  hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info