
Dövlət Təhlükəszilik Xidmətinin Naxçıvan Muxtar Respublikasında keçirdiyi antikorrupsiya tədbirləri davam edir.
İki gün əvvəl DTX tərəfindən saxlanılan Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri barəsində həbs qərarı verilib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Bakı şəhəri Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
İstintaqı davam edən cinayət işi üzrə Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Gununsesi.info