Naxçıvanda həbs edilən məmurun da 212 milyon yeyintisi üzə çıxdı

  • By admin
  • 14 Dekabr 2022 12:55

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunub.

 

HTML tutorial

Gununsesi.info bildirir ki, H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunur.

Məsələ ilə bağlı H.Rüstəmovun və onun vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Bundan əvvəl, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov, bir neçə gün sonra isə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev barələrində eyni ittihamlarla həbs-qətimkan tədbiri seçilib.

 

Afət

Gununsesi.info