Koronavirus təmizliyi 18 illik cinayəti ortaya çıxartdı

Koronavirus təmizliyi 18 illik cinayəti ortaya çıxartdı

Türkiyənin İzmit şəhərində zibillik bir ərazidə çuval içindəki yorğana bükülü olan cəsəd 18 illik cinayəti ortaya çıxarıb.
Gununsesi.org xəbər verir ki, araşdırma zamanı polisin yaxaladığı şübhəli cəsədin 18 il əvvəl bıçaqlayaraq öldürdüyü qardaşına aid olduğunu etiraf edib.
Cinayətkarın yaşadığı binanın idarəçiləri cəsəd çuvalını binada koronavirus səbəbi ilə təmizlik etdikləri zaman 1999-cu ildən bəri istifadə edilməyən və qapısı olmayan bir evdən tapıb zibilliyə atdıqlarını söyləyib.
Qeyd edək ki, cinayətkarın cəsədi illərcə üzərinə qum tökərək evində saxladığı açıqlanıb.
Gununsesi.org

COMMENTS