Britaniyanın baş naziri gələn həftə vəzifəsinə qayıdır

Britaniyanın baş naziri gələn həftə vəzifəsinə qayıdır

Koronavirus infeksiyasından sağalan Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 27-də yenidən öz vəzifəsinə qayıdacaq.

Gununsesi.org-un “Reuters” ə istinadən verdiyi məlumata görə, bunu hökumət başçısının rəsmi nümayəndəsi açıqlayıb.

Hökumət rəhbərinin dəftərxanasının rəsmisi bildirib ki, baş nazir cümə günü müşavirləri ilə görüşüb. O, ölkənin koronavirusla mübarizə sahəsində gördüyü işlər barədə son məlumatları alıb.

Qeyd edək ki, martın 27-də Boris Conson koronavirusa yoluxduğunu açıqlamışdı. O, həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi. Səhhəti ağırlaşan 55 yaşlı siyasətçi aprelin 6-sı xəstəxanaya yerləşdirilib.

 

 

Gununsesi.org

COMMENTS