Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun axtarışları başa çatıb.
Gununsesi.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, A.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.org
COMMENTS