
Qırğızıstan prezidenti Sadır Japarov növbəti seçkilərdə ikinci müddətə namizəd olmaq niyyətindədir.
Gununsesi.info bildirir ki, bu barədə “Kabar” agentliyinə prezidentin mətbuat katibi Əsqət Alagözov məlumat verib.
“Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən uzunmüddətli beynəlxalq layihələrə start verildiyini və planlaşdırıldığını nəzərə alsaq, Sadır Cəfərovun ikinci müddətə seçkilərdə iştirakı siyasətdə ardıcıl addım olacaq”, – deyə o bildirib.
Bundan əvvəl Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov da prezident Sadır Japarovun ikinci müddətə namizədliyini irəli sürəcəyini bildirmişdi.
Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci ildə gözlənilir.
Gununsesi.info