
Cənubi Asiya ölkəsi Maldiv adalarında parlamentdəki dava nəzarətdən çıxıb.
Gununsesi.info xəbər verir ki, ölkənin yeni prezidenti seçilən Mohamed Muizzunun təyin etdiyi 4 nazirə etiraz edən müxalifət nümayəndələri parlamentdə qarışıqlıq yaradıb.
Müxalifətdən olan deputatlar parlament sədrinin çıxışını şeypur çalmaqla yarımçıq kəsib və hakim partiya üzvlərinə hücum ediblər. Yumruqların havada uçuşduğu davada deputatların bir-birinin saçını dartdığı da görüntülənib.
Dava zamanı deputatlar birlikdə pilləkənlərdən yıxılıblar.
Ana müxalifət partiyası MDP prezident Muizzuya qarşı etimad səsverməsi keçirəcəyini açıqlayıb.
Hakim PPM partiyasının sözçüsü müxalifətə “Əvvəlcə bizi öldürsünlər” deyərək reaksiya verib.
Gununsesi.info