Qalkinin ölkəyə girişi qadağan olundu

  • By ilhame
  • 27 Yanvar 2024 14:40

Rusiyalı komediya aktyoru və teleaparıcı Maksim Qalkinin İndoneziyaya girişinə icazə verilməyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə rusiyalı jurnalist Anna Monqayt teleqram kanalında bildirib.

 

O, sənətçinin Balidə konserti planlaşdırdığını, ancaq qastrol vizası olmasına və sənədlərində problem olmamasına baxmayaraq, ölkəyə buraxılmadığını qeyd edib. Monqeytin sözlərinə görə, şoumenin pasportu “qara siyahı”da olub, ona görə də heç bir izahat verilmədən ölkəyə buraxılmayıb.

 

“İndi Qalkin Denpasar hava limanındadır və orada Vyanaya uçuş gözləyir”, – jurnalist vurğulayıb.

 

Qeyd edək ki, M. Qalkin Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.

 

Gununsesi.info