Husilər Qırmızı dənizdə neft tankerini vurub

Yanvarın 26-da axşam saatlarında Ədən körfəzində olan Marşal adaları bayraqlı “Marlin Luanda” neft tankeri yəmənli üsyançıların hücumuna məruz qalıb və orada yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə  BBC məlumat yayıb.

Tankerin sahibi Trafiquranın BBC-yə verdiyi məlumata görə, zərbə gəminin yük bölmələrindən birində yanğına səbəb olub və yanğının qarşısını almaq üçün yanğınsöndürmə avadanlıqlarından istifadə edilib.

ABŞ rəsmiləri CBS-ə bildiriblər ki, “Marlin Luanda”nın təhlükə çağırışına yaxınlıqdakı döyüş gəmisi cavab verib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl husi nümayəndələri gəmiyə “bir sıra cavab dəniz raketləri” atdıqlarını iddia edərək zərbəni elan etmişdilər.

Məlum olduğu kimi, Qırmızı dənizdə gərginlik İsraillə HƏMAS arasında münaqişənin başlamasından sonra artıb.

Qlobal dəniz ticarətinin yarısını təşkil edən Qırmızı dənizdə İranın dəstəklədiyi husilərin gəmilərə hücumları artıq bir çox ölkədə qiymətlərə təsir edib. İsrailin HƏMAS-a qarşı müharibəsinin nəticələrinin Yaxın Şərqdə sabitliyi poza biləcəyi qorxusu da artıb.

Media daha əvvəl məlumat vermişdi ki, ABŞ prezidenti Co Bayden administrasiyası Yəməndə husilərə qarşı uzunmüddətli hərbi kampaniya üçün planlar hazırlayır.

Gununsesi.info