Müsəlman həkim bu üsulla daha çox xəstənin ölümdən qurtulmasına kömək edəcək –FOTOLAR+VİDEO

Müsəlman həkim bu üsulla daha çox xəstənin ölümdən qurtulmasına kömək edəcək –

Amerkanın Konnektikut ştatından olan bir müsəlman həkim ağciyərlərin mexaniki ventilyasiya qurğularının  çatışmazlığı probleminin həlli üçün yeni bir üsul təklif edib.
 
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın “NBC” nəşri yazır.
Doktor Səud Ənvərin sözlərinə görə, 3D ölçülü printerdə  hazırlanmış  şaxələnmədən (“splitter”) yararlanmaqla bir mexaniki havalandırma qurğusunun  koronavirusdan əziyyət çəkən 7 xəstəyə xidmət etməsinə nail olmaq mümkündür.
Pandemiya səbəbiylə Mançesterdəki Memorial Xəstəxana və ölkənin digər xəstəxanaları pasientlərlə doludur. Bununla əlaqədar  müsəlman həkim digər pulmonoloq həmkarları ilə birlikdə gecə-gündüz xəstələrin yanında olmağa məcburdur. Ənvər Səudun sözlərinə görə, həkimlər yalnız maska çatışmazlığı ilə deyil, mexaniki ventilyasiya qurğularının çatışmazlığı ilə də üzləşirlər.
“Kifayət qədər havalandırma qurğularımız yox idi. Mövcud qurğuların daha intensiv işləməsi və buna görə daha çox insanın həyatını xilas etmək imkanlarını necə genişləndirmək barədə düşünməyə başladım. Əsas prinsipi birdən çox xəstənin eyni qurğuya qoşulması olan bir şaxələnmədən istifadə etmək qərarına gəldik…”

 

 

Doktor Ənvər deyir ki,  belə bir “splitter” 2017-ci ildə Las Veqasda ağır vəziyyətdə olan xəstələr üçün də istifadə edilib. Bu, həkimlərə daha çox xəstəni mexaniki ventilyasiyaya bağlamağa imkan verib. Nəticədə, vaxt qazanaraq xeyli insanın həyatını xilas ediblər.
Konnektikutda  senator olan doktor Ənvər Səud bu icadını həmkarları tərəfindən müzakirəsi üçün gündəmə gətirib. Və yaxın gələcəkdə müsəlman mütəxəssisin yeniliyi geniş tətbiq ediləcək. Yalnız ştat senatının razılığını almaq  qalır…

 

Gununsesi.org

COMMENTS