
İsveçrədə xizək sürmək üçün Matterhorn dağına qalxan 6 nəfər itkin düşüb. Polis axtarış-xilasetmə işlərini davam etdirir.
Gununsesi.info xəbər verir ki, İsveçrə polisi xizəkçilərin şənbə günü İsveçrə ilə İtaliya sərhədinin ortasında yerləşən Matterhorn dağı yaxınlığında, Zermatt-Arolla yolu yaxınlığında itdiyini bildirib.
Polis itkin düşənlər barədə məlumat verməyib. “Hazırda hava şəraiti çox pisdir, bu, fövqəladə hallara cavab və axtarış-xilasetmə işlərini çox çətinləşdirir”, – deyə məlumatda bildirilib.
Axtarış-xilasetmə işlərinin davamlılığı ilə bağlı başqa məlumat verilməyib. Xizəkçilərlə bağlı son vəziyyət qeyri-müəyyən olaraq qalır.
Gununsesi.info