İcra başçısı Gəncədə əməliyyat xəbərlərini təkzib etdi - MÜAVİNİM YANIMDADIR

“Mənim müavinim Səməd müəllim hazırda yanımdadır. Nə onun, nə də icra hakimiyyətinin digər vəzifəli şəxslərinin həbsi barədə yazılanlar həqiqəti əks etdirmir”.

Bunu Gununsesi.info-ya özəl açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hüquq-mühafizə orqanlarının icra hakimiyyətində əməliyyat keçirməsi barədə xəbərlərə münasibətində deyib.

Qeyd edək ki, bu barədə məlumatı Sfera.az saytı yayıb. Sayt iddia edir ki, əməliyyatda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.

Gununsesi.info-ya açıqlamasında Niyazi Bayramov müavininin hazırda onun iş otağında olduğunu vurğulayaraq, bunları əlavə edib:”Biz araşdıracağıq ki, kimlər nə məqsədlə belə yalan xəbərlər ortaya atıb”.

 

 

 

 

Gununsesi.info