Netanyahudan skandal göstəriş

İsrailin baş naziri Benyamin Netanyahu “Maliyyə, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinə təcili olaraq minlərlə həbs yerlərinin hazırlanmasını tapşırıb”.

Gununsesi.info xəbər verir ki, İsrail Hökumətinin Mətbuat Kabinetinin yaydığı yazılı açıqlamada, İsrailin baş naziri Netanyahunun Təl-Əvivdə nazirlərlə keçirdiyi görüşdə “Maliyyə, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinə təcili olaraq minlərlə həbs yerlərinin hazırlanması barədə göstəriş verdiyi bildirilib”.

İsrail ordusu və İsrailin Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) 2024-cü il ərzində Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində minlərlə insanın nəzarətə alınacağını açıqlayıb.

Nəzarətə alınacağına dair qiymətləndirməsini təqdim etdiyi açıqlamada, əksəriyyəti Qəzzada nəzarətdə olan təxminən 4 min adamın oktyabrın 7-dən bu yana həbsdə olduğu bildirilib.

Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyət tərəfindən dünən verilən ortaq açıqlamada İsrailin Qəzzaya şiddətli hücumlara başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının artaraq,  7 min 505 nəfərə yüksəldiyi bildirilib.

Həbs edilən fələstinlilərin bir qisminin sərbəst buraxıldığı, bəzilərinin isə hələ də həbsdə saxlandığı qeyd edilib.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

 

Gununsesi.info