
Rusiya prezidenti Vladimir Putin ABŞ Nümayəndələr Palatası Ukraynaya yeni yardım paketini qəbul edənə qədər “hər gün qalib gəlir”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CNN telekanalına müsahibəsində bildirib.
Vaşinqtonda hökumətin bağlanması ilə nəticələnə biləcək gərgin həftə ərəfəsində Sallivan deyib ki, “real odur ki, Putin Ukraynanın ehtiyac duyduğu resursları əldə etmədiyi və Ukraynanın əziyyət çəkdiyi hər gün qalib gəlir”.
Demokratların nəzarətində olan Senat artıq Ukrayna və ABŞ-ın digər müttəfiqləri, o cümlədən İsrail üçün 95 milyard dollarlıq yardım paketini qəbul edib.
Lakin Nümayəndələr Palatasında Respublikaçı spiker Mike Johnson, paketi səsverməyə çıxarmaq istəməyən partiyasındakı Tramp tərəfdarılarının təzyiqi altındadır.
Bir gün əvvəl Sallivan bildirib ki, Ukrayna hələ də Rusiyaya qarşı müharibədə qalib gəlməyə qadirdir, lakin bunun üçün lazımi resursları olmalıdır.
ABŞ prezidenti Co Bayden bu gün Ağ Evdə Ukraynaya milyardlarla dollar yardımı açmaq üçün Nümayəndələr Palatasının spikeri Mayk Conson da daxil olmaqla konqres liderləri ilə görüşəcək.
Gununsesi.info