Makron həyat yoldaşı ilə bağlı iddialara cavab verdi

Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun doğularkən oğlan olması ilə bağlı iddialar Fransa prezidentini qəzəbləndirib.

Gununsesi.info bildirir ki, Fransa televiziyasına müsahibə verən Makron bu iddianı qəti şəkildə təkzib edib.

“Ən pisi dezinformasiyadır. İnsanlar sonda buna inanır və bu sizi, hətta yaxınlarınızı belə narahat edir”, – Makron bildirib.

İddialara görə, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun anadangəlmə kişi olduğu və Jean-Michel Trogneux adı ilə qeydiyyatda olduğu bildirilirdi. İlk iddialar 2021-ci ildə YouTube-da başladı və sonra xəbərlərdə işıqlandırıldı. Bricit Makronun kişi doğulduğunu izah edən 4 saatlıq videoya qadağa qoyulub və yayımdan çıxarılıb, video sahibləri isə cərimələnib.

“Daily Mail”in məlumatına görə, sözügedən videoda Bricit Makronun ilk əri Andre-Luis Auziere 2019-cu ildə 68 yaşında ölənə qədər heç vaxt mövcud olmadığı göstərilir.

İddia olunurdu ki, həyat yoldaşı Bricit arvadının üç uşağını da dünyaya gətirdiyini gizlətmək üçün saxta sənədlər hazırlayıb.

 

Gununsesi.info