
Azadlığa çıxmasına 1 ay qalmış sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi başlanıb.
Gununsesi.info-nun xəbərinə görə, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.
Artıq Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, Almaniyada siyasi mühacir statusu ilə yaşayan Hüseyn Abdullayev Türkiyədə olarkən həbs edilərək Azərbaycana ekstradisiya olunub.
Elmar
Gununsesi.info