Hüseyn Abdullayev məhkəməyə çıxarılır

Barəsində yeni cinayət işi açıldığına görə yenidən həbs-qətimkan seçilən sabiq deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

 

Gununsesi.info-nun xəbərinə görə, sabiq deputatın ev dustaqlığına buraxılması barədə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov baxacaq.

Qeyd edək ki, Almaniyada siyasi mühacir statusu alan Hüseyn Abdullayev 6 il əvvəl Türkiyədə həbs olunaraq Azərbayacan gətirilib. Onun cəza müddətinin bu ayın sonu başa çatacağı gözlənilirdi.

Lakin yenidən Hüseyn Abdullayev barəsində cinayət işi başlanılıb.  

O, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.

 

 

Gununsesi.info