Turun mərkəzi oyunu bu gün baş tutacaq

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

HTML tutorial

Turun sonuncu və mərkəzi oyununda isə lider “Qarabağ”ın iki əsas izləyicisi – “Sabah”la “Neftçi” komandaları üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub.

Azərbaycan Premyer Liqası
19-cu tur
26 yanvar

14:00 “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu. Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov.

19:00 “Sabah” – “Neftçi”
Masazır. “Bank Respublika Arena”. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.

Gununsesi.info