Qazaxıstanda güclü PARTLAYIŞ - VİDEO

Qazaxıstanın Karaqanda vilayətində 16 mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayışa qaz sızması səbəb olub.

HTML tutorial

Hadisə nəticəsində 3 nəfər ölüb, daha biri yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın lokallaşdırılıb.

Binanın sakinləri təcili təxliyə edilib. Dəhlizlərdə güclü tüstü dumanı yaranıb.

Gununsesi.info