Parlament əməkdaşının vəfatı ilə bağlı rəsmi açıqlama -YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Milli Məclis Aparatının Vətəndaş qəbulu və müraciətlərlə iş şöbəsinin baş məsləhətçisi vəfat edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əməkdaş xəstəlikdən dünyasını dəyişib:

“Milli Məclis Aparatının Vətəndaş qəbulu və müraciətlərlə iş şöbəsinin baş məsləhətçisi Fuad Piriyev uzun sürən xəstəlikdən vaxtsız vəfat edib. Milli Məclisin əməkdaşı uzun müddətdir ki, müalicə olunurdu”.

10:01

Milli Məclisin əməkdaşı dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, Milli Məclis Aparatının Vətəndaş Qəbulu və Müraciətlərlə İş Şöbəsinin baş məsləhətçisi Fuad Piriyev vəfat edib.

Onun hansı səbəbdən vəfat etdiyi qeyd olunmayıb.

Gununsesi.info