
Fransada Yaxın Şərqdəki eskalasiya fonunda iki həftə ərzində 336 nəfər antisemitizm hərəkətlərinə görə saxlanılıb.
Gununsesi.info Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində bildirib.
“Oktyabrın 7-dən indiyədək 588 antisemitizm aktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində 336 nəfər saxlanılıb”, – nazirin paylaşımında deyilir.
Gununsesi.info