Bakıdan sərnişinlər Dehliyə başqa təyyarə ilə yola salındı

  • By ilhame
  • 23 Oktyabr 2023 21:35

“Air Canada” aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər hava ilə yola salınıb.

Gununsesi.info bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.

Qeyd edək ki, Bakı aeroportu bütün növ təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və hər cür hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Gununsesi.info