Ölən və yaralananların sayı artdı…

  • By ilhame
  • 07 Oktyabr 2023 22:58

İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, raket zərbələri nəticəsində 200 nəfər həlak olub, 1200-ə yaxın adam ağır yaralanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Hazırda İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb.

Gununsesi.info