
Həmas terror qruplaşmasının İsrailə gözlənilməz hücumu Təl-Əviv şəhərində mülki insanların həlak olmasına səbəb olub.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, İsrail dövlətinin rəsmiləri bunun cavabsız qalmayacağını bəyan edib.
“Biz qarşıdakı 50 il ərzində Qəzzada olan reallığı dəyişəcəyik. Tam gücümüzlə fəaliyyət göstərəcəyik” deyə İsrail Müdafiə naziri deyib.
İsrail baş naziri Benyamin Netanyahu: isə bu dəqiqələrdə bəyanat yayıb:
“Biz bütün ərəb torpaqlarını, HƏMAS-ın mövcud olduğu bütün bölgələri yerlə yeksan edəcəyik. Qəzza zolağındakı əhaliyə səslənirəm, dərhal o bölgəni tərk edin. Hər yeri bombalayacağıq. Misli görünməmiş dərəcədə bombardman edəcəyik.”
Elmar
Gununsesi.info