İspaniya 4000 əfqanıstanlını qəbul edəcək

  • By admin
  • 23 Avqust 2021 22:25

İspaniya ABŞ ordusunun ölkənin cənubunda istifadə etdiyi iki hərbi bazada müvəqqəti olaraq 4000 əfqanıstanlını qəbul edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə İspaniya hökumətindəki mənbə “Reuters” agentliyinə məlumat verib.

Mənbə Madrid və Vaşinqton arasında imzalanan müqaviləyə əsasən, əfqanıstanlıların İspaniyada iki həftəyə qədər qalacağını bildirib.

 

Qeyd edək ki, İspaniyaya gələn qaçqınlar Əfqanıstanda ABŞ hökumuti ilə əməkdaşlıq edənlərdir.

Gununsesi.info