Daha bir ölkədə 12 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

  • By admin
  • 23 Avqust 2021 22:31

Avstraliyada avqustun 30-dan əlilliyi olan 12-15 yaşlı yeniyetmələrin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılır.

TASS bu barədə ökənin səhiyyə naziri Qreq Hanta istinadla məlumat yayır.

“Dövlət əlillik sığortası sistemində qeydiyyatda olan 12-15 yaş arası yeniyetmələr üçün vaksinasiyanı açırıq. Həftənin sonuna qədər İmmunizasiya üzrə Texniki Məsləhət Qrupundan (ATAGI) təxminən 40 000 nəfərlik bu qrupu peyvənd etmək üçün yaşıl işıq yandıracağı müsbət tövsiyələr gözləyirik”, – deyə Hant Kanberrada keçirdiyi onlayn brifinqdə bildirib.

Gununsesi.info