
2021-ci ilin yanvar-iyul aylarında 186 250 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Bu, bir il əvvəlki göstəricidən 35,56% çoxdur. Belə ki, 2019-cu ildə 137 397 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.
Qeyd olunub ki, Türkiyəyə gələn bütün turistlərin 1,85% -i Azərbaycanın payına düşür.
Təkcə iyul ayında 62 737 azərbaycanlı turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
Gununsesi.info