ABŞ əfqanları Cənubi Koreyaya aparır

ABŞ Əfqanıstan vətəndaşlarını Cənubi Koreyadakı bazalarına yerləşdirmək istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Ölkənin xarici işlər naziri Chung Eui-yong məlumatı təsdiqləyib.

Bildirilib ki, Cənubi Koreyadakı hərbi bazalar hökumətin razılığı ilə qaçqın düşərgələri kimi istifadə olunacaq.