
Ermənistan Apellyasiya Məhkəməsi avqustun 23-də keçirilən prosesdə parlamentin “Ermənistan” fraksiyasından olan üzvü Armen Çarçyanın həbsinə qərar verib.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Armen Çarçyan 15 milyon dram girov qoyulması müqabilində sərbəst buraxılmışdı.
Armen Çarçyan Cinayət Məcəlləsinin 154.2 -ci maddə ilə təqsirləndirilir. Ona qarşı seçicilərə rüşvət vermək, seçkilər zamanı xeyriyyəçilik qadağasını pozmaq və ya seçicinin azad iradəsini həyata keçirməyə mane olmaq kimi ittihamlar irəli sürülüb.