Rusiya bu ölkəyə silahlar göndərdi

Əfqanıstanda gərginliyin artması fonunda Rusiya Tacikistandakı hərbi bazasını ən yeni atıcı silahlarla gücləndirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 201-ci hərbi bazaya yeni “Kalaşnikov AK-12” tipli avtomatlar, “Makarov”u əvəz edən “Yargin” tapançaları, müasir ordu snayper tüfəngləri, böyük çaplı ASVK-M, geniş yayılmış alov tüfəngləri və “Verba MANPADS” verilib.