
Belçikada əhalinin əksəriyyətinin yaşadığı Flamand bölgəsində yeni dəyişikliyə əsasən heyvanları öldürən, təhqir edən və onlarla pis rəftar edən şəxslər birincisi dəfə 5 ilə qədər həbs ediləcək və 800 min avroya qədər cərimə ödəyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC telekanlı yazıb.
Yeni qanuna əsasən, həmin şəxs 5 il ərizində heycanlarla yenidən pis rəftar edəcəyi təqdirdə onu bundan iki dəfə çox cəzalandıracaqlar, yəni həmin şəxs 10 ilə qədər həbs edilə və 1.6 milyon avro cərimə ödəyə bilər.
Qanun polisə heyvan təcavüzkarlarını dərhal həbs etmək səlahiyyətini də verəcək. Qanuna görə, kəsim məntəqələrində və təsərrüfatlarda yoxlamalar artırılacaq. Məhkəmələrə heyvanlarla pis davranan müəssisələri tamamilə bağlamaq səlahiyyəti veriləcək.
2018-ci ildə Belçikada Heyvan Sağlamlığı Qanununa görə, heyvanlara pis rəftar göstərən və təhqir edənlər 3 aya qədər həbs və 16 min avroya qədər cərimə ilə cəzalandırılıblar.
Flamandın Heyvan Sağlamlığı Naziri Ben Ueyts mövcud qanunun heyvanlardan sui-istifadə edən şəxslər və şirkətlər üçün kifayət qədər çəkindirici və cəzalandırıcı olmadığını bildirir. Yeni dəyişikliyin qəbul edilməsində Ueyts önəmli rol oynayıb.