İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib

Şimali İraqda terror təşkilatı PKK-ya qarşı hava və quru əməliyyatları davam edir.

 

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurk bölgəsində son bir həftə ərzində əməliyyatlar keçirib.

 

Əməliyyatları zamanı 15 nəfər PKK terrorçuları zərərsizləşdirilib.

 

Məlumata əsasən MİT Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bölmələri və sərhəd məntəqələrinə qarşı hərəkətə keçmək üçün təşkil edilən terror qruplaşmasının kimliyini müəyyən edib.

 

 

 

Gununsesi.info