
Evin bağçasında uşaq arabasında olan körpəyə ilan yaxınlaşarkən köpəklərin etdikləri sosial mediada gündəm olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ilanı uşaqdan uzaqlaşdırmaq istəyən köpəklər onunla cəsurca çarpışmaq məcburiyyətində olublar.
Yaxınlaşan ilanı dayandırmaq üçün ağ köpək onu dişlərinin arasında alaraq yuxarıya fırladır. Bu an çəkiliş edən adamın kamerasına dəyir.
Uşaq təhlükədən xilas olur və ev köpəkləri uşağı qorumaqda uğurlu olurlar.
Görüntülər sosial mediada maraq oyandırıb. Bəzi izləyicilər uşağın valideynlərini ittiham ediblər.
Tərcümə: Arzu Sayadoğlu
Gununsesi.info