
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov İsraili qınayan açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya XİN başçısı Fələstindəki toqquşmaların əsas səbəbinin İsrailin təktərəfli addımlarının olduğunu söyləyib.
“Fələstində işğal altındakı torpaqlarda şiddətin yaranmasının səbəbi budur”, – deyə o vurğulayıb.
Daha sonra Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib:
“İşağl altındakı bölgələrdə yəhudi məskunlaşma yerlərinin genişlədilməsi, fələstinlilərə aid evlərin yıxılması və ərazilərinə əl qoyulması, toplu həbslər qəbuledilməzdir. Artan radikallaşmanı görməzdən gəlməyəcəyik”.
Tərcümə: Arzu Sayadoğlu
Gununsesi.info