İranla Ermənistan Şimal-Cənub dəhlizinə alternativ yaratmaq istəyir?

Ermənistanda iqtisadiyyat naziri Vahan Kerobyanın rəhbərliyi ilə beynəlxalq yükdaşımaları üçün multimodal yüksək sürətli marşrutun işə salınması və Çabahar İran limanının operator fəaliyyətinə daxil edilməsi məsələlərini müzakirə etmək üçün idarələrarası işçi qrupu yaradılıb.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, işçi qrupunun yaradılması barədə Ermənistan baş naziri Nikol Paşinyan qərar verib.

HTML tutorial

Bildirilib ki, işçi qrupun vəzifələrinə Şərqi Asiya, Hindistan və İranı Gürcüstan və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə alternativ, Ermənistanın iştirakı ilə yeni yük dəhlizinin həyata keçirilməsinin müzakirəsi daxildir.

Habelə İran tərəfi ilə 2021-ci ildə yerlərin icarəyə verilməsi və investisiyalar müqabilində Çabahar limanında operatorluq fəaliyyəti ilə bağlı əldə edilmiş razılaşmalar üzrə danışıqların davamlılığının təmin edilməsi işçi qrupu tərəfindən həyata keçiriləcək.

Gununsesi.info