
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatda PKK-nın məsul şəxslərdən olan Ahmet Gümüşü zərərsizləşdirib.
Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, “Cudi Engizek” kod adlı terrorçu Türkiyədə polis bölmələrinə qarşı fəaliyyətlərdə iştirak edib, həmçinin terror təşkilatının üzvlərinə sui-qəsd təlimləri verib.
Bundan başqa, o, Suriyada terrorçuların təlim düşərgələrinin baş məsul şəxsi olub.
Gununsesi.info