
Rusiya Ukraynadakı müharibədə döyüşə Mərkəzi Asiyadan olan miqrant işçiləri cəlb etmək istəyir.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Britaniya kəşfiyyatı məlumat yayıb.
Kəşfiyyatın son araşdırmasına görə, işə götürənlər bu məqsədlə Rusiya məscidlərinə və immiqrasiya idarələrinə baş çəkiblər.
“Tacik və özbək dilli immiqrasiya xidmətinin əməkdaşları mütəmadi olaraq miqrantları işə götürməyə çalışırlar”, – kəşfiyyat hesabatında deyilir.
İşə götürənlər miqrant işçilərə 2390 dollar qeydiyyat bonusu və Ukraynadakı müharibədə iştirak etdikləri üçün ayda 4160 dollara qədər maaş təklif edirlər. Miqrantlara, həmçinin beş il əvəzinə altı aydan bir ilə qədər sürətləndirilmiş Rusiya vətəndaşlığı almaq təklif olunur.
Gununsesi.info