
2023-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda bütün ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi 13 milyon 371.4 min manat təşkil edib.
Gununsesi.info Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsi ən çox Füzuli rayonunda (5 milyon 809.8 min manat) olub.
Aşağıdakı cədvəldə 2023-cü ilin ilk 3 ayında işğaldan azad edilmiş rayonların bütün ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi verilib.
Gununsesi.info
Azad edilmiş rayonlar | Pərakəndə ticarət dövriyyəsi min. manat |
Füzuli rayonu | 5809.8 |
Ağdam rayonu | 2117.1 |
Cəbrayıl rayonu | 1704.7 |
Zəngilan rayonu | 1340.9 |
Şuşa rayonu | 1253.1 |
Laçın rayonu | 747.7 |
Xocavənd rayonu | 372.1 |
Qubadlı rayonu | 26 |