
Peruda qızıl mədənində yanğın faciəsi yaşanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 27 nəfər ölüb.
Ölənlərin sayının artacağından ehtiyat edilir. İlkin məlumatlara görə, olayın səbəbi elektrik naqillərindəki qısa qapanma olub.
Hadisədən sonra əraziyə xilasetmə işçiləri səfərbər edilib.
Təxliyyə işlərinə bir qədər gec müdaxilə etmək mümkün olub.
Tərcümə: Arzu Sayadoğlu