İranın Azərbaycanla bağlı prioritetləri – Yeni səfir açıqladı

İranın Azərbaycanla bağlı prioritetləri – Yeni səfir açıqladı

İranın Azərbaycana yeni təyin olunan səfiri Abbas Musavi İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi ilə görüşüb.

Gununsesiaz.info bildirir ki, bu barədə İRNA məlumat yayıb.

Görüş zamanı Musəvi deyib ki, İran qonşu ölkələrlə iqtisadi əlaqələrin inkişafını qarşıya məqsəd qoyub. Onun sözlərinə görə, bu amil İrana qarşı tətbiq olunan sanksiyalar səbəbindən gələcəkdə Tehranın digər ölkələrlə siyasi və diplomatik əlaqələrində mühüm rol oynayacaq.

Görüşdə Abbas Musəvi bildirib ki, Tehranla Bakı arasında iqtisadi əlaqələrin genişləndirilməsi İran üçün prioritetdir.

O deyib ki, İranla Azərbaycan diplomatiyasının digər prioritetləri mədəni, akademik və elmi əlaqələrin inkişafını özündə ehtiva edir.

A.Musəvi qeyd edib ki, iki ölkə arasında tələbə mübadiləsi və birgə konfransların keçirilməsi ikitərəfli əlaqələrin dərinləşməsində effektiv ola bilər.

Xatırladaq ki, bundan əvvəl İranın Bakıdakı səfiri Cavad Cahangirzadə olub.

Gununsesiaz.info

COMMENTS