Dünəndən sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayevanın zədələnmiş qolu ilə bağlı fotolar paylaşılıb.
Qeyd edək ki, Tovuzda başlayan atışmanın ilk günlərindən cəbhə bölgəsində olan deputat qolundan xəsarət alıb.
TV-lərə müsahibəsində də bu açıq görünür. Lakin dünən sosial şəbəkələrdə paylaşılan bir görüntü, xanım deputatın qolunun zədələnməsi ilə bağlı bir sıra şübhələrə səbəb olub. Bilərəkdən ortaya atılan fotoların birində deputatın əvvəlcə bir qolunda sarğı görünür, digər bir fotoda isə sarğı başqa qolunda görünür ki, bəziləri Qənirə Paşayevanın qolunun zədələnmədiyini iddia edib.
Sonradan isə bəlli olub ki, bu hərəkət bilərəkdən deputata qarşı qarayaxma məqsədilə ortaya atılıb. Bəlli olub ki, Qənirə Paşayeva telefonla danışarkən bir jurnalist (hərçənd ki, o jurnalist öz işi ilə məşğul olmalı idi) özçəkim edib. Normal çəkimlə müqayisədə özçəkimdə isə insan fərqli görünür. Məsələn, sağ döşündə olan medal, solda görünür. Fotonun orjinalının paylaşılması qısa zamanda bu qarayaxmanı aparanlara qarşı bumeranqa çevrildi.
Görünür, əllərindən bir iş gəlməyən bəzi adamlar xanım deputatın etdiklərini həzm edə bilmir.

Nəcəf
Gununsesi.org
COMMENTS