İranın Sistan-Bəlucistan vilayətinin polis idarəsinin keçirdiyi əməliyyat nəticəsində 1 ton narkotik vasitə müsadirə edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi Məhəmməd Qənbəri məlumat verib.
O diqqətə çatdırıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə keçirilən əməliyyat zamanı Əfqanistandan İrana daşınan narkotik vasitələrlə yanaşı, silah-sursat da ələ keçirilib.
Polis rəisi qeyd edib ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahli qruplar İrandan tranzit kimi istifadə edərək narkotikləri Avropaya daşıyırlar.
Qeyd edək ki, ötən ilə ərzində Sistan-Bəlucistan vilayətindən polis və sərhədçilər tərəfindən 950 ton narkotik vasitə müsadirə edilib.
Gununsesi.org
COMMENTS