Türkiyədə koronavirusdan bu gün 18 nəfər ölüb

Türkiyədə koronavirusdan bu gün 18 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 43 343 şübhəli koronavirus testindən keçib, onlardan 913-nün cavabı pozitiv çıxıb.

Bu gün daha 1151 xəstə sağalıb, intensiv terapiya olunan ağır xəstə sayı isə bundan 100 nəfər daha çoxdur – 1251 nəfər.

Nazir qeyd edib ki, Türkiyədə indiyədək 223 315 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5563 nəfər ölüb, 206 365 nəfər müalicə olunaraq evə buraxılıb.

 

 

Gununsesi.org

COMMENTS