İtlərlə gəzintiyə çıxan qadın onların xaltasının boğazına dolanması nəticəsində boğularaq ölüb.
Gununsesi.org-un “Daily Mail”ə istinadla məlumatına görə, dəhşətli hadisə Böyük Britaniyada baş verib.
Üzü üstə yıxılan qadını parkda gəzən balaca qız tapıb. O, yaxınlıqdan keçən iki kişiyə müraciət edərək, qadının boğulmaq üzrə olduğunu deyib.
Hadisə yerinə çatan işçilər qadının boynuna dolanan xaltanı açdıqdan sonra dərhal təcili yardım çağırıblar. Buna baxmayaraq, həkimlər qadının həyatını xilas edə bilməyiblər.
47 yaşlı Debora Meri Robertsin boynuna xaltanın necə dolandığı hələ də müəmma olaraq qalır.
Gununsesi.org
COMMENTS