Unay Emeri yenidən İspaniyada çalışacaq.
Gununsesi.org-un məlumatına görə, “Vilyarreal” 49 yaşlı mütəxəssisi təqdim edib.
Məlumatda bildirilib ki, ispaniyalı çalışdırıcı yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Bununla Emeri komandadan ayrılan Xavyer Kalyexini əvəzləyib. Komanda geridə qalan mövsüm La Liqada 5-ci yeri tutaraq Avropa Liqasının qrupuna vəsiqə qazanıb.
Qeyd edək ki, Unay Emeri buna qədər ölkəsində “Valensiya” və “Sevilya”da çalışıb, 3 dəfə Avropa Liqasının qalibi olub.
Gununsesi.org
COMMENTS