“Kapital Bank”dan şəhid mayorun kredit borcu ilə bağlı REAKSİYA

“Kapital Bank”dan şəhid mayorun kredit borcu ilə bağlı REAKSİYA

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun “Kapital Bank”a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə, də sonradan aldadılıb.

 “Kapital Bank”-dan Gununsesiaz.info-ya bildirilib ki, məsələ nəzarətə götürülüb və bankın əməkdaşları tərəfindən araşdırılır. Diqqətə çatdırılıb ki, qısa zamanda müəyyən tədbirlər görüləcək.

Gununsesiaz.info

COMMENTS