
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in rəsmi nümayəndəsi Ani Badalyan öz sosial şəbəkə hesabında açıqlayıb.
Xatırladaq ki, Blinken ABŞ-də səfərdə olan Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra E.Blinkenin vasitəçiliyi ilə C.Bayramov və A.Mirzoyan arasında danışıqlar keçiriləcək.
Gununsesi.info