
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun səlahiyyəti artırılıb.
Gununsesi.info -nun məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana etdiyi dəyişiklikdə əksini tapıb.
İndiyə qədər TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirib. Dəyişikliyə əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.
İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini olacaq.
Qeyd edək ki, hazırda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.
Gununsesi.info