
Litvanın paytaxtı Vilnüsdə sabah başlayacaq NATO Sammiti üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.
Gununsesi.info xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində Vilnüs hava limanında “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirilib
NATO Sammiti iyulun 11-12-də Vilnüsdə, Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçiriləcək.
Sammitdə aprel ayında Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç və Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də iştirak edəcək.
İki gün davam edəcək NATO Sammitinin təhlükəsizlik tədbirləri çərçivəsində 3000-dən çox Litva əsgəri xidmətdə olacaq.
Tərcümə
Şəbnəm
Gununsesi.info